Kosmos

Meteoritlərin nüvə silahlarla vurulması planlaşdırılır

184views

Meteoritlərin nüvə silahlarla vurulması planlaşdırılır.

Amerikalı elm adamları gələcəkdə asteroid və quyruqlu ulduzların dünyaya dəyə biləcəyi xəbərdarlığını edərək bunun üçün hazırlıq edilməsi çağırışında olublar.
Amerika Geofizika Dərnəyinin San Franciscodakı konfransında mütəxəssislər dünyanı təhdid edən meteoritlərin vurulması üçün nüvə silahlarla silahlanmış bir kosmos vasitəsi hazırlanmasını təklif ediblər.
Kosmosda hazırda 15 min meteorit dünyadan təqib edilir. Ancaq hələ kəşf edilməmiş daha çox meteorit olduğu təxmin edilir. Konfransda danışan mütəxəssislər göy daşlarının dünyaya dəyməsinin böyük bir fəlakətlə nəticələnə biləcəyinə diqqət çəkərək, indidən hazırlıq edilməsi lazım olduğuna işarə ediblər.

Əlaqədar xəbər: 67P quyruqlu ulduz 2029’cu ildə dünyayla toqquşacaq

Mexikodakı Milli Los Alamos Laboratoriyasında mütəxəssislərdən biri Cathy Plesko, bir asteroidin okeanlara düşməsi halında kilometrlərlə yüksəkliyə çatan nəhəng dalğalar meydana gələcəyini və bunun sahil şəhərlərində böyük bir dağıntıya yol açacağını ifadə edib.
Mütəxəssislər asteroidlərin dünyaya toqquşma riskini aradan qaldırmaq istiqamətli səylərin beynəlxalq əməkdaşlıqla icra edilməsinin də lazım olduğunu vurğulayıblar.