Futbol

Messi: “Saçlarımı rəngləməyimin səbəbi…”

905views

Argentinalı ulduz son vaxtlar müzakirə olunan saçının rənginin dəyişilməsinə fikir bildirib.

Lionel Messi son vaxtlar yaşıl meydanda göstərdiyi oyun ilə yanaşı meydandan kənarda da saç rəngi ilə diqqəti cəlb edib. 29 yaşlı ulduz ölkəsində bir televiziya proqramına verdiyi müsahibədə saçının rənglənməsinin səbəbini izah edib. Son vaxtlarda çoxlu hadisələr yaşadığını deyən Messi, “Bir an gəldi və bəzi şeylərə yenidən başlamaq qərarına gəldim. Ona görə də həyatımda bəzi dəyişikliklər elədim.” fikirlərini bildirib.

Elnur Cəfərov
idman xəbərləri yazarı