Sağlamlıq

Mesajlaşmaq niyə zərərlidir?

Mesajlaşmağın zərəri
231views

Mesaj yazmaq indiki vaxtda hər kəsin əlində olan mobil telefonların tez istifadə funksiyalarından biridir. Ancaq mütəxəssislər çox mesajlaşmağın əsasən əllər üçün təhlükə yarada biləcəyini bildrir.

Əl və Mikrocərrahiyyə Mütəxəssisi Türkiyəli Proffessor Eftal Güdemez, çox mesajlaşmağnın və mesaj yazarkən əlverişsiz əl və bilək hərəkətlərinin müxtəlif narahatlıqlara səbəb ola biləcəyini söyləyir.

Bu sahədə tibbdə ən çox müşahidə olunan problem ‘De Quervain Tenosinoviti’, yəni baş barmaqda vətər sıxışması problemidir.

Problem ilk öncə bilək ağrısı ilə başlayır. Daha sonra başbarmağa doğru yayılan ağrılar şişmə və əl uyuşmaları ilə nəticələnir.

yaaz.az De Quervain Tenosinoviti xesteliyi

Tez və davamlı təkrar tələb edən hərəkətləri mümkün qədər diqqətli etməyin əhəmiyyətini vurğulayan Profffessor, De Quervain Tenosinoviti xəstəliyinin eyni zamanda yeni ana olmuş qadınlarda da müşahidə olunduğunu bildirir.

Eftal Güdemez, xəstələrdə ilk olaraq ümumi müalicə üsullarını sınadıqlarını, prioritetli olaraq atel (taxta, metal və ya plastik qol sarğısı) istifadə etdiklərini və daha ağrılı, uzun sürən vəziyyətlərdə isə ağrılı bölgəyə steroid inyeksiyası etdiklərini söyləyir.

Bu tətbiqlərə baxmayaraq ağrıda azalma olmazsa və gündəlik hərəkət məhdudluğu vəziyyəti davam edərsə cərrahi müdaxilə qaçılmaz sayılır.