Avtomobil

Mercedes-Benz, elektrik avtomobillərin yarışdığı Formula E’nin beşinci mövsümünə qatılacaq

301views

Mercedes-Benz 2018-ci ildə Formula E’yə qatıla bilər.

Alman avtomobil istehsalçısı Mercedes-Benz, elektrik avtomobillərin yarışdığı Formula E’nin beşinci mövsümünə qatılmaq məqsədiylə razılaşmaya imza atdığını bildirib.

Mercedes-Benz Grand Prix Ltd və Formula E Əməliyyatlar Ltd şirkətləri arasında edilən razılaşma ilə Mercedes-Benz FIA Formula E iştirak etmək şansı əldə edə bilər. Hər mövsüm 12 komandanın yarışdığı Formula E’də, 2018/2019 mövsümündə yarışacaq komandalardan biri də Mercedes-Benz ola bilər. Bu ana qədər mövcud komandalar da göz önünə alındığında cəmdə 10 komandanın beşinci mövsümdə yarışması gözlənilir.

Mercedes-Benz mühərrik idmanlarının müdiri Toto Wolff, Formula E’nin böyüməsini müdhiş bir maraqla izlədiklərini dilə gətirərkən, beşinci mövsüm üçün etdikləri bu razılaşmadan böyük xoşbəxtlik hiss etdiklərini açıqlayıb.

Mercedes-Benz son olaraq tamamilə elektrikli avtomobil SUV modeli Generation EQi da 2019-cu ildə təqdim edəcəyini açıqlamışdı. Beləcə Mercedes-Benz həm mühərrik idmanları mənasında həm minik avtomobillər mənasında elektrikli bir gələcəyə doğru getdiyini göstərmiş olur.