KonsertMəşhurlar

Meqastar Tarkan sentyabr ayında 6 gün konsert verəcək

242views

Məşhur türk müğənni Tarkan sentyabrda açıq havada verəcəyi konsertlərinin sayını 6-ya çıxarıb.

Daha öncə 3 konsert verəcəyini açıqlayan Tarkan, fanatlarının böyük tələbindən sonra dəyişiklik etməyi qərara alıb. Məlumata görə, artıq 3, 4 və 6 sentyabrda baş tutacaq konsertlərin bütün biletləri satılıb. 7, 9 və 10 sentyabrda olacaq konsertlərin biletlərinin satışı isə davam edir.

Tarkan Harbiye Cemil Topuzlu Açıqhava Səhnəsində baş tutacaq ilk üç konsertdə “Əhdə Vəfa” adlı albomundakı türk sənət musiqisindən, növbəti üç konsertdə isə məşhut pop mahnılarını ifa edəcək.