CihazlarMobil

Meizu, 2016-cı ilə damğa vuran telefon şirkəti oldu

205views

Çinli telefon şirkəti Meizu, 2016-da rekord qırdı.

Görünüşə görə 2016, Meizu üçün möcüzə bir il oldu. Şirkət bir çox cihazı ötən il üzə çıxardı və rekord sayda satmağı bacardı. Hazırda 2017 üçün daha böyük planlar qururlar. Meizu, bu həftə keçirdiyi mətbuat tədbirində 2016-da bütövlükdə 22 milyon ağıllı telefon ixracı həyata keçirdiklərini bildirib.
Bu, Meizunun Çin bazarında əhəmiyyətli dərəcədə yüksəlməsini də təmin edib. Ancaq bununla yanaşı belə bir detal da var, 22 milyon telefonun 10%lik hissəsi Çindən başqa bazarlarda satılıb. Bu da şirkət üçün mühüm bir detaldır.
Bu uğurun arxasında Meizunun doğru strategiyaları yer alır, Çinli telefon istehsalçısı bazardakı vəziyyətə görə keçirdiyi strategiyalarla, yüksək bir təkan qazandı. Dərc olunan hesabata görə Meizu, hazırda 6 yeni telefon üzərində çalışır. Bu telefonlardan birində Snapdragon 625 sistem çipi yer alacaq.