AvtomobilMaraqlı

Maşın sürərkən telefonla danışmağın riskləri nələrdir?

321views

Maşın sürərkən telefonla danışmağın riskləri nələrdir?

Maşın sürərkən mobil telefon ilə axtarış aparmaq, çalan telefona cavab vermək, nömrə yığmaq kimi davranışlar sürücünün diqqətinin dağılmasına, müvazinətinin pozulmasına səbəb olaraq qəzaya yol aça bilər. Avtomobilin təhlükəsiz bir şəkildə yol alması hər şeydən əvvəl sürücünün məsuliyyəti altındadır. Bu səbəblə bütün sürücülər maşına nəzarət etməsini çətinləşdirən bu vəziyyəti öyrənərək qəza riskini azaltmağa yönəlmiş tədbirlər ala bilərlər.

Reaksiya vermə müddətinə təsir göstərir.


Cib telefonlarının istifadəsi zamanı sürücülər daha çox səhv edir, bəzi təhlükəli vəziyyətlərin ya heç fərqinə varmır, ya da tədbir görməkdə gecikirlər. Aparılan bir araşdırmaya görə, bu gecikmə ətraf mühitdəki tələblərə, maşının o andakı sürətinə və sürücünün yaşına müvafiq olaraq 0.6 saniyədən 0.9 saniyəyə qədər artır.

Saatda 60 km sürətlə gedən avtomobilin sürücüsünün əyləcə basmasının bu qədər gecikməsi dayanma məsafəsinin 15 metr daha artması deməkdir.

Ən az 20%-lik diqqət dağınıqlığına səbəb olur.

Eyni araşdırmada cib telefonu ilə danışan bir sürücünün ətrafındakı təhlükəli halların bəzilərini heç fərq edə bilmədiyi görülmüşdür. Buna görə sürücülərin sadə bir axtarış apararkən 20%, zehnini məşğul edən telefon danışığı apararkən isə 29% ehtimalla təhlükəli vəziyyəti nəzərdən qaçırda bilir.

Danışıq bitdikdən sonra 5 dəqiqə ərzində qəza riski 5 dəfə daha çoxdur.

Cib telefonunu yalnız istifadə edərkən, ya da danışarkən deyil, telefon zəngi gözləyərkən və danışıq bitdikdən sonrakı müddətdə də qəza riskini artırır. 699 sürücü üzərində aparılan başqa bir tədqiqatda danışıq bitdikdən sonrakı 5 dəqiqə ərzində qəza ehtimalının 4.8 dəfə, 15 dəqiqə ərzində isə 1.3 qat daha çox olduğu görülmüşdür.

Qulaqcıq həll yolu deyil.

Bir çox tədqiqatda təsdiqlənən başqa bir tapıntı isə, ələ alınmadan istifadə edilən alətə bağlı telefonların qəza riski baxımından heç bir fayda təmin etməməsidir. Çünki, sürücü üçün diqqəti yayındıran telefonun fiziki xüsusiyyətləri deyil, nitqin çoxluğudur.

Danışarkən yavaş getmək kifayət deyil.

Araşdırmalarda tez-tez rast gəlinən bir başqa tapıntı isə sürücülərin cib telefonu istifadə edərkən sürətlərini azaltmalarıdır. Bir mənada sürücülər maşını idarə etmək məqsədilə ola biləcək səhvləri düzəltməyə çalışırlar. Ancaq bu daha əvvəl qeyd edilən təhlükələri aradan qaldırmaq üçün yetərli olmur. Cib telefonu istifadə edən sürücülərin təhlükəli bir vəziyyətdə heç reaksiya verməmə ehtimalı da var. Bu da 12%-ə qədər qarşısı alına bilinəndir və bu nəqliyyat təhlükəsizliyi baxımından göz ardı edilməməsi lazım olan yüksək bir faiz dərəcəsidir.

Təcrübəlilər daha çox qəza edir.

Sürücünün təcrübəli olması və ya cib telefonu istifadə etməyə vərdiş olması da riski azaltmağa kifayət etmir. Həm telefon istifadə etməyə vərdiş edənlər, həm də təcrübəli sürücü olduqları halda bu adamların iki-üç qat daha çox səhv etdikləri müşahidə edilmişdir.

Fiziki deyil, zehni yorğunluq qəzalara səbəb olur.

Son illərdə aparılan araşdırmalar cib telefonu istifadəsinin adamı fiziki olaraq məşğul etməsindən çox artan zehni fəaliyyət və buna bağlı olaraq diqqətin dağılması, müvazinətin pozulması səbəbindən qəza riskini artırdığına işarə edir.