Siyasət

Martin Schulz, 3-cü dəfə namizəd olmayacağını açıqlayıb

235views

Avropa Parlamenti Prezidenti Martin Schulz, Brüsseldəki vəzifələrini sonlandıraraq, Almaniyada siyasətə dönəcəyini açıqlayıb.

Almaniyalı Sosialist siyasətçi Martin Schulz, 7 yanvar 2012-ci ildə başladığı Avropa Parlamenti prezidentlik vəifəsi üçün 3-cü dəfə namizəd olmayacağını bildirib.

Martin Schulz’un Avropa Parlamentindəki vəzifə müddəti 2017-ci ilin Yanvar ayında başa çatır.

Schulz’un, prezidentliyə namizəd olan Frank Walter Steinmeier’in yerinə Xarici İşlər Nazirliyi ya da SPD’nin Baş Nazir vəzifəsi üçün namizədliyini irəli sürəcəyi bildirilir.

Qeyd edək ki, AP’nin yeni prezidenti 2017-ci ildə seçiləcək.