Kosmos

Marsda yadplanetli bir döyüşçü tapıldığı iddia edilir | Video

1.08Kviews

Marsda yadplanetli bir döyüşçü tapdıqları iddia edilir.

NASA-nın Marsa göndərdiyi kosmos vasitəsi Curiosity‘nin çəkdiyi görüntüləri izləyən UFO həvəskarları, Qırmızı Planetin səthində yadplanetli bir döyüşçü tapdıqlarını iddia ediblər.
Video paylaşma platforması YouTube-də kanalı olan Paranormal Crucible adlı istifadəçinin paylaşdığı Martian döyüşçü videosu, qısa müddət içində təxminən 90 min dəfə izlənilib.
Videoda, Paranormal Crucible adlı istifadəçinin, Curiosity‘nin çəkdiyi fotoşəkildə qaya kimi görünən bir cismi araşdırdığı görülür. Fotoşəkili dəfələrlə yaxınlaşdırdıqda, qayaya bənzəyən obyektin, fantastik filmlərdəki yadplanetlilərə bənzədiyi diqqət çəkir. Kompüter köməyiylə görünüşləri işləyən Paranormal Crucble, araşdırdıqları obyektin astronavt paltarına bənzər bir zireh geyinmiş və əlində silah daşıyan bir siluetə çevrildiyini göstərir.

Marsda döyüşçü
Paranormal Cruccible adlı istifadəçi daha əvvəl də Marsda piramida, baş və heykəl bənzəri şəkillər təsbit etdiyini izah edən videolar nümayiş etdirmişdi. Son videosunun yaratdığı müzakirələrdə, internet istifadəçiləri “Bu yalnız bir qayanın qarşısında duran başqa bir qaya ola bilər” deyənlər də oldu, “Yadplanetlilərin gerçək olduğunu bilirdim” deyən də.

NASA isə mövzuyla əlaqədar hər hansı bir açıqlama verməyib.

https://www.youtube.com/watch?v=uq7F7kGtgCI