Kosmos

Marsa səyahətin uçuş tarixi və qiyməti

892views

Kosmosa səyahətlərdə aparıcı şirkət sayılan SpaceX, Mars planetinə baş tutacaq uçuşlar ilə bağlı planlar hazırlayır.

Mərkəzi ofisi ABŞ-ın Kaliforniya Ştatı’nda yerləşən şirkətin rəhbəri Elon Musk, 2024-cü ilə qədər Marsa insan səyahətlərini kifayət qədər sadələşdirmək istədiklərini açıqlayıb.

Beynəlxalq Konfrans’lardan birində çıxış edən Musk, əsas hədəflərinin bu planetdə qismən yerləşmək olduğunu söylədi, “İnsanların Mars’a səyahətini daha rahat bir sistem ilə qurmaq fikrindəyik. İlk uçuşlar olduqca bahalı olacaq. Ancaq planlarımız özünü doğruldarsa, bu qiyməti 200 min dollardan 100 min dollara endirə biləcəyik.”

Qeyd edək ki NASA da bu proqram çərçivəsində SpaceX şirkətinə dəstək verməkdədir.