Kosmos

Marsa göndərilən Schaparelli’də eniş zamanı xəta

284views

Dünən Bakı saatı ilə 19:00 da Marsa enməsi gözlənilən Schaparelli kosmik gəmisinin enişi gözlənildiyi kimi olmayıb.

Mars planetinin kəşfi üçün Avropa Kosmik Agentliyinin Rusiya ilə birgə həyata keçirdiyi ExoMars layihəsi çərçivəsində göndərilən Schaparelli kosmik gəmisindən xəbər almaq mümkün olmayıb.

Layihə rəhbərləri Almaniyanın Darmstadt şəhərində keçirilən mətbuat konfransında, Qaz İdarə Etmə Peykinin (Trace Gas Orbiter, TGO) Marsın səthinə enidiyinin və görüləcək işlərə hazır olduğunu bildirib.

Ancaq kosmik gəminin enişi zamanı, cihazın paraşüt sistemində, hələki məlum olmayan hansısa bir problemin çıxdığı söylənilir.