Kosmos

Mars səthində ‘həşərat var’ iddiası | Video

152views

NASA kosmik vasitələrinin Mars üzərində çəkdiyi və ictimaiyyət ilə bölüşdüyü bir video diqqətli tamaşaçılar tərəfindən ortaya yeni bir iddia atılmasına səbəb olub.

Belə ki, bəzi tamaşaçılar arasında Mars səthində həşəratın olması və gəzməsi mübahisəsi yaranıb.

Diqqətlə izləyəndə fərq edilən həyat əlaməti iddiası Marsda qazıntı aparan Curiosity Rover maşını ətrafında qazıntı zamanı ortaya çıxıb. 29 Yanvar 2015-ci il tarixində çəkilən videodakı görüntülərdə; Qazıntı aparan cihazın çıxartdığı gurultu və titrəşimə görə narahat olan bəzi canlıların sağa sola qaçdıqları aydın şəkildə görüldüyü iddia edilir.
Bu əsrarəngiz hərəkətlərin yenə sarsıntıdan hərəkət edən torpaq parçaları olduğu iddiası da daha çox ifadə edilməkdədir.