Təbiət

Mariana Çuxurunda yazılan səslər, yeni dəniz canlısının varlığına işarə ola bilər

1.07Kviews

Məşhur çuxurda edilən araşdırmanın nəticələri diqqət çəkici olub.

2014 və 2015-ci illərdə Mariana Çuxuru’nda edilən kəşf prosesində maraqlı səslər qeyd edilmişdi. Bu qeydlər üstünə edilən bir analizdə, səslərin Mink növündəki balinaların çıxardığı səslərə bənzədiyi, lakin bilinməyən başqa bir növə aid ola biləcəyi fikirləri irəli sürülüb.
Oregon Universitetindən araşdırma qrupu tərəfindən hazırlanan bir məqalədə, yazılan səslərin bilinən Balenli Balinalar tərəfindən çıxarıldığı vurğulanır. Bəzi elm adamları isə bilinən bütün növlərin çıxardığı səslərdən fərqli bir səs olduğunu düşünürlər.
Okeanların böyüklüyünü və indiki vaxtda yeni növlərin kəşf edildiyini bilirik. Keçmiş illərdə bilinməyən bir balina növünün səsləri təsbit edilmişdi və bu il Alyaskada daha əvvəl ehtimalla təyin olunmamış bir növdən olan balina skeleti də tapılmışdı. Bu ehtimallar üzərində düşündükcə, alimlərin də haqqlı ola biləcəyi mövzusunda ehtimallar artır.