Kino

Maraqla gözlənilən filmdən ilk treyler

164views

Hollywood’un iki məşhur ulduzu Jennifer Lawrens və Chris Pratt’ın rol aldığı Passengers (Sərnişinlər) filminin treyleri yayımlanıb.

Filmdə 120 illik bir səyahətə çıxan Strarship Avalon kosmik gemisində baş verən hadisələr yer alıb.

Kainatın dərinliklərinə doğru irəliləyən və sərnişinlərinin 120 illik bir yuxuda olduğu gəmidə, gözlərini 100 il tez açan iki insanın macəraları filmin əsas mövzusudur. Filmin ssenarisini Jon Spaihts qələmə alıb.

Rejissoru Morten Tyldum olan filmin ilk yayımı isə 30 dekabrda baş tutacaq.