Futbol

“Manchester” derbisində “City” qalib gəldi

259views

İngiltərə Premyer Liqasının 4cü turunun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda keçirilib. 20 qat İngiltərə çempionu olan Manchester United 3 turdan sonra maksimum nəticə göstərmişdi. “Şəhərlilər” də 3 tura 9 xal yığaraq liderlər qrupunda qərarlaşır. Bu görüşü Mourinho-Guardiola qarşıdurması kimi də adlandırmaq olar.

Oyunda hesabı qonaqlar açıb. 15-ci dəqiqədə İheanachonun ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Kevin De Bruyne dəqiq zərbə ilə hesabı açıb. Qoldan sonra meydan sahibləri irəli atılsalar da 36 dəqiqədə qonaqlar 2ci topu da “Qırmızı Şeytanlar”ın qapısından keçirdib. Bu dəfə isə De Bruynenin zərbəsindən sonra top qapı dirəyinə dəyərək İheanachoya qayıdıb. Nigeriyalı isə bundan maksimum yararlanaraq 2ci qolu vurub. United bu qollara yalnız 1 qol ilə cavab verə bilib. 42-ci dəqiqədə Zlatan İbrahimovic qol vuraraq 4-cü turda 4-cü qolunu vuraraq bombardirlik yarışında West Ham-in oyunçusu Antonio ilə birlikdə zirvədə qərarlaşıb.

Oyun 1-2 hesabı ilə Guardiolanın komandasının xeyrinə başa çatıb. Bununla da “City” 4 turdan sonra maksimum nəticə göstərərək hələlik turnir cədvəlinin lideridir.

Elnur Cəfərov
idman xəbərləri yazarı