Təhsil

Magistratura və rezidenturaya sənəd qəbulunun müddəti uzadıldı

Magistratura qebulu 2017
105views

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri hazırda Təhsil Nazirliyi ilə razılaşdırılır. Bu razılaşdırma başa çatdıqdan sonra müsabiqə şərtləri “Abituriyent” jurnalında çap ediləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında danışıb.

Onun sözlərinə görə, “Abituriyent” jurnalı Novruz bayramından sonra işıq üzü görəcək.

M.Abbaszadə qeyd edib ki, dünəndən ali və orta ixtisas məktəblərinə tələbə qəbuluna başlanılıb: “Qəbul imtahanın 1-ci mərhələsində iştirak etmək istəyənlər aprelin 10-dək qeydiyyatdan keçməlidirlər. Artıq 22 mindən çox şəxs artıq elektron ərizə verib”.

Şura sədri bildirib ki, magistratura və rezidenturaya qəbul üçün sənəd rqəbulu bu gün yekunlaşmalı idi. Lakin indiyədək magistraturaya sənəd verənlərin 2111-i, rezidenturaya sənəd verənlərin isə 900 nəfəri ərizəsini təsdiqləməyib.

M.Abbaszadə deyib ki, ödənişin aparılması ilə bağlı müəyyən problemlər olduğundan magistratura və rezidenturaya sənəd qəbulunun müddəti martın 28-dək uzadılıb: “Bayram günlərində də sənəd vermək və təsdiqləmək mümkün olacaq. Marın 28-də magistratura və rezidenturaya sənəd qəbulu bitəcək”.