FotoqrafiyaSəyahət

Macarıstanlı fotoqrafın dumanlı baxışlarında qədim Budapeşt

Tamás Rizsavi 2017
308views

Tamás Rizsavi hal hazırda Macrıstanın paytaxtı Budapeştdə qatar sürücüsü olaraq çalışır. Ancaq onu fərqləndirən xüsusiyyəti təbii ki bu deyil.

Boş vaxtlarında, əsasən axşam saatlarında uşaqlıqdan böyüdüyü Budapeşt küçələrini gəzərək şəhərin körpülərinin, üzərinə duman çökmüş küçələrinin fotoşəkillərini çəkən Tamás, şəhərin möcüzəli tərəfini insanlara göstərməyə çalışır.

Bunu etməyi çox sevdiyini vurğulayan fotoqraf, çalışdığı gündəlik işinin ona qətiyyən mane olmadığını bildirir.

Son günlərdə isə, sözü gedən bu möcüzəli rəsmlər dünyanın ən böyük sosial saytlarının ön səhifələrində yayımlanır.

Onlardan bəzilərini biz də bir yerə toplamaq qərarına gəldik. Beləliklə qədim Budapeşt şəhəri.