Məşhurlar

Macarıstanın dünyaya bəxş etdiyi gözəllik – Barbara Palvin

attends the Gold Obsession Party - L'Oreal Paris : Photocall as part of the Paris Fashion Week Womenswear Spring/Summer 2017 on October 2, 2016 in Paris, France.
965views

Forbes’in ən çox qazananlar siyahısında yer alan, Macarıstanın podyuma bəxş etdiyi gözəl, Barbara Palvin.

23 yaşındakı məşhur model, Türkiyənin Hürriyet qəzetinin müxbiri Aslı Barışın suallarını cavablandırıb.

* Sosial mediada şəkillərimin altında Türkcə şərhlərin çox olduğundan hər kəs Türk olduğumu fikirləşir. Türk sevənlərim çoxdur və bu məni xoşbəxt edir ancaq təəssüf ki ailəmdə Türkiyəli yoxdur.

yaaz.az photos

* Modelliyə 13 yaşımda başlamışam . Anam hər yerdə yanımda olduğundan özümü heç vaxt tənha hiss etməmişəm. Fotosesiyalara belə gəlirdi, bir şeyə ehtiyac duyduğumda dərhal yanımda idi. Beləliklə də tək olmadığım üçün işlər o qədər də çətin olmadı.

turkiyede-neden-populerr731p8rhykakj5dhdkoosw

 

* Alt paltarları ilə olan fotosesiyalarda özümü çox seksi hiss edirəm, bu gözəl hissdir. Sports Illustrated kimi çimərlik geyimi çəkilişlərində seçilən yerlər isə əsasən çox gözəl və eqzotik yerlər olur, bu da insana müsbət aura verir.

barbara-palvin-7

 

* Bir neçə il sözsüz ki modelliyə davam edəcəyəm ancaq planlarım içərisində aktyorluq da var. Odur ki aktyorluq ilə bağlı təklifləri dəyərlindirəcəm.

Sizin kimi bir bədənə sahib olmaq üçün insanlar nə etməlidir sualına Palvin ;

“İlk olaraq idmanı həyatınızın vacib işlərindən birinə çevirin. Mümkündürsə fərdi məşqçi ilə işləyin. Mənim məşq təlimçim çox yaxşıdır, bədənimin nəyə ehtiyacı olduğunu bilir və ona uyğun proqram hazırlayır. Bundan əlavə sağlam qidalanıram və çox su içirəm. Bunlar təbii ki hər kəs tərəfindən bilinir ancaq, bunlar işə daha çox yarıyır. ” deyə cavab verib.

cd91441041e0933f033962cdd64f90bb

 

 

* Normal vaxtlarda 15 dəqiqəyə hazırlanıram, heç vaxt itirmərəm. Günlük təkrarlanan sistemim var, yarım saat duş alıram daha sonra saçımı düzəldirəm. Üzümü təmizləyirəm, bir az kirpik üçün tuş, bir az ənlik, bir az da dodaq boyası və bitdi, hazıram.

yaaz.az photos

 

* Əgər lüks bir yerə gedəcəyəmsə və makiyaj etməliyəmsə daha çox gözlərimi önə çəkən bir tərz seçirəm. Dumanlı gözlər və sıx tuş. Dodaqlarıma isə tünd dodaq boyası, qırmızı və ya şərab rəngi. Dodaqları da ön planda göstərmək vacibdir.

yaaz.az photos

 

* Bədən ona qarşı laqeydliyi sevmir. Hər zaman yatmazdan əvvəl üzünüzü təmizləyin. Üz dərinizi nəmləndirəcək yaxşı vasitələrdən çəkinməyin. Dodaqlarınızı da həmçinin. Əgər ‘lip balm’ım (dodaq yumşaldıcısı) olmasa evdən bayıra belə çıxmaram. Arada bir masaja gedin, saunaya girin, fərqli bədən müalicələrini də dəyərləndirin. Misal üçün mən hər şeyi yoxlayıram.