Məşhurlar

Məşhurların çılpaq şəkillərini yayımlayan ‘hacker’ ilə bağlı qərar

267views

Rihanna, Jennifer Lawrence kimi məşhurların çılpaq şəkillərini mobil telefonlarından hack’lamağı bacaran Ryan Collins’ə 18 ay həbs cəzası verilib.

Araşdırma zamanı Collins’in ələ keçirdiyi fotoşəkilləri və videoları internetdə yayımladığına dair hər hansı bir sübutun olmaması onu bu günahdan azad edib. Ancaq özəl həyata müdaxilə və açıq şəkildə 2 il ərzində bir neçə məşhurun şəxsi video və fotoşəkillərini izləmə əsas səbəb kimi göstərilərək Collins’ə 18 ay həbs cəzası verilib. Məhkəmə zamanı collins özü də bunu boynuna alıb.

Aparılan araşdırmalar zamanı Collins’in məşhurlara saxta e-mail göndərərək onların şifrələrini bu şəkildə öyrəndiyi məlum olub.

Fotoşəkillərin internetdə yayılmasının ardından Jennifer Lawrence, “İctimai bir figur olmağım, o demək deyil ki, mənə qarşı bunu rahat şəkildə edə bilərsiniz. İnsanlar çox vaxt bizim də bir insan olduğumuzu unudurlar. Belə bir dünyada yaşadığımıza inana bilmirəm. Bu fotoşəkillərə baxanlar da bunları oğurlayanlar qədər günahkardılar. Onlara mənim çılpaq bədənimə baxmaqları üçün icazə verməmişəm” şəklində açıqlama vermişdi.

Lawrence eyni zamanda, təəssüf hissi keçirdiyini və hadisələrin bu şəkildə sonlana biləcəyini düşünmədiyini söyləyən Collins’ə cavab olaraq, “Bu heç bir şey ifadə etmir, bunu üzürxahlıq kimi qəbul etmirəm” deyə söyləmişdi.

Xatırladaq ki, Lawrence ilə bərabər Avril Lavigne, Kate Upton və Rihannanın da fotoşəkilləri mail ünvanlarından oğurlanaraq internetdə paylaşılmışdı.