DünyaMaraqlıŞəbəkə

Məşhurlar Türk Hava Yollarından kömək istəyir: #TurkishAirlinesHelpSomalia

#TurkishAirlinesHelpSomalia
144views

Məşhurlar, Türk Hava Yollarından aclıqdan əziyyət çəkən Somaliyə kömək istəyib və hava yolları, çağırışa cavab verib.

#TurkishAirlinesHelpSomalia hashtag-i – çərşənbə günü axşam yaradılıb – yüz minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Vine və Snapchat ulduzu Jerome Jarre, Somalidə humanitar vəziyyəti vurğulamaq üçün sosial media kampaniyasına başlayıb.

İngiliscə başlığı olan videoda Cənab Jarre, Somalidə olan bir könüllünün ona, anası ilə 150 km su axtaran altı yaşlı qızın susuzluqdan öldüyünü dediyini qeyd edib.

O, əlavə edib ki, media aclıq haqda “demək olar ki, danışmır” və insanlar əllərindən heç bir şey gəlmədiyini düşünürlər.

O davam edir: “Bəlkə də dediklərim ağılsız səslənəcək, amma, bir hava yolu şirkəti tapa bilsək? Və onu qida və su ilə doldurub Somaliyə yollasaq?

“Bunun qayğısına qalan qeyri-hökumət təşkilatları mövcuddur.

“Mən Somaliyə uçan yalnız bir hava yolu şirkətinin olduğunu müəyyənləşdirmişəm, Türk Hava Yolları.”

Cənab Jarre sonra insanları, #TurkishAirlinesHelpSomalia hashtag-dən istifadə edərək hava yollarını səsləməyə çağırıb.

Aktyor Ben Stiller kimi bəziləri onun çağırışına qoşulublar.

 

Cənab Stiller öz videosunu paylaşaraq deyib:

“Dünyada o qədər hadisə baş verir ki, bizdən kənarda baş verənlərə köklənib əl uzatmaq çox çətindir.”

O, Jerome-n ideyasını “bir növ dəlilik” adlandırsa da, əlavə edib ki, bu işə yaraya bilər və insanlardan hashtag-dan istifadə edərək sosial mediada mesajlarını yaymağı təmənna edib.

“Bu insanlar ailələrdir, bizim kimi sağ qalmağa çalışan adamlardır və bəlkə də biz kömək edə bilərik.”

Türk Hava Yolları onlayn kampaniyaya cavab versə də, bunu necə həyata keçəcəyi hələ aydın deyil.