Məşhurlar

Məşhur simalar Hawking’in səsi olmaq üçün növbəyə girdilər

Stephen Hawking
142views

Yeni bir səsə sahib olmaq istədiyini açıqlayan ingilis fiziki Stephen Hawking-in tələbinə məşhur adlardan dəstək gəldi.

Dünyaca məşhur ingilis fizikinin mexaniki səsini dəyişdirməyə hazır olduğunu açıqlamasının ardından, Bill Gates, Liam Neeson və Anna Kendrick, Stephen Hawkingin yeni səsi olmaq istədiklərini bildirib.

Onun çağırışına biganə qalmayan başqa bir sima isə ingilis fizikinin həyatını mövzu alan 2014 istehsalı The Theory of Everything adlı filmdə Hawkingi canlandıran Even Eddie Redmayne oldu.
NTV-nin xəbərinə görə, bu çağırış və məşhur adlardan gələn tələb, ingilis xeyriyyə təşkilatı Comic Reliefin layihəsinin məhsuludur. 1985-ci ildə yaradılan Comic Reliefin ən diqqətçəkən fəaliyyətlərindən biri olan Red Nose Day-ə (Qırmızı Burun Günü) diqqət çəkmək üçün hazırlaşan QHT, gündəm yaradan bir video yayımlamışdılar. Yəni Hawkingin səsinə bir çox insan talib olsa da məşhur fizikin onunla birlikdə olan mexaniki səsini eşitməyə davam edəcəyik.