Dəb & TərzMəşhurlar

Məşhur model metroda soyunaraq etiraz edib

99views

“Model Gigi Hadid’in böyük bədən versiyası” olaraq göstərilən və bir çox markanın reklam üzü olan Iskra Lawrence, New York metrosunda soyunaraq maralqı bir etirazla diqqət çəkib.

İncə bel stereotipini dəb dünyasında sındırmağı bacaran və Amerikada artıq kifayət qədər tanınan İngiltərəli model, bu etirazı ilə insanlara təsirli mesajlar göndərib.

yaaz.az photo Iska Lawrence

Üzərindəki qara paltarla qatara daxil olan Lawrence, metro hərəkət etdikdən sonra gözlənilməz şəkildə üzərindəki paltarı çıxarıb.

15 yaşındaykən modellik agentliklərindən rədd cavabı alan Lawrence, metroda etdiyi etiraz çıxışında, insanlara özlərini olduqları kimi sevməyi, hörmət etməyi və həyatdan bu şəkildə zövq almağı təklif edib.

yaaz.az photo Iska Lawrence

Özünü tamamilə “müdafiəsiz” hala gətirmək üçün üzərindəkiləri çıxardığını söyləyən Lawrence, “Bir vaxtlar gözəllik standartlarına uymadığım üçün özümdən nifrət edirdim. Bu cəmiyyətin, media vasitəsi ilə bizim qarşımıza qoyduğu bir standartdır” deyə bildirib.

Çıxışında görünüşlərinə fikir vermədən bütün insanların bərabər olduğunu söyləyən Lawrence hər kəsə, “Xahiş edirəm özünüzü olduğunuz kimi qəbul edib bu şəkildə sevin” deyə səslənib.

yaaz.az photo Iska Lawrence

“Aynada gördüyüm insandan nifrət edərək böyüdüm” deyən Lawrence, “Çünki cəmiyyət mənə kifayət qədər yaxşı olmadığımı deyirdi. Bəzi şeylərin səhv olduğunu düşündüm, çünki mənim ayaqlarım incə deyildi, selülitlərim var idi “deyə bildirib.

“Media sayəsində cəmiyyət gözəllik standartlarını kiçildir, halbuki sahib olduğumuz gözəlliyimiz ferddir və bəzən biz zəif olduğu düşünülən fərqliliyimiz ilə üstünük”

yaaz.az photo Iska Lawrence

Lawrence, Olduqca təsirli nitqini bu şəkildə bitirib:

“Evə getdiyinizdə aynaya baxarkən özünüzü kiçik bir insan kimi görməyin. Cəmiyyətin sizə söylədiyi kimi kifayət qədər yaxşı olmadığınızı düşünməyin, çünki bunlar düz deyil, əslində siz və gözəlliyiniz çox böyükdür. Bədəninizə sevgi ilə baxın ona minnətdar olmalısınız. Özünüzlə danışmağa başlayın, olduğunuz adamın gücünü hiss edərək ona hörmət edin. “

View this post on Instagram

This is the end of a very special video 👆watch the full vid now- link in my bio👆 for @highqualityhumanbeings & their @unmuted.tv series…. Now more than ever we need to share our voices. Minorities, POC, women, the LGBTQ+ community, we all have so much power and the more we share, listen & learn from each other we can grow. Hopefully one day we can all live a non judgemental world full of love for one another. Appreciating the value in others and ourselves. Knowing we are equal and choosing to empower each other. It starts rn and it's the choices we make everyday. S/o to the incredible team🙏 director @alexandra_gavillet shot by @wendybowman_ produced by @natashagaroosi ILY (you gotta watch the full video to understand y I'm stood there not wearing full clothes)

A post shared by i s k r a (@iskra) on

Nitqini bitirdikdən sonra təşəkkür edib paltarını geyinən model, ardından qatarı tərk edib.

Daha sonra Instagram hesabınnda qeydə alınınan çıxış videosunu paylaşan Lawrence, kiçik bi açıqlama da edib.

yaaz.az photo Iska Lawrence

Hər kəsin özünə xas bir gücü olduğunu söyləyən model, insanların açıq fikirli olub bir-birlərini mühakimə etmədən, bir-birlərini dinləməyi öyrənərək bu xüsusi gücü paylaşa biləcəklərinə inandığını söyləyib.

Lawrence’in dünən sosial media hesabından paylaşdığı bu video, bir milyon baxış sayını ötüb və izləyiciləri tərfindən müsbət qarşılanıb.

yaaz.az photo Iska Lawrence

yaaz.az photo Iska Lawrence

yaaz.az photo Iska Lawrence

yaaz.az photo Iska Lawrence