MaraqlıMəşhurlar

Londonda şahzadə Diana’nın abidəsi ucaldılacaq

Shahzade Diana London abidesi 2017
210views

Londonda şahzadə Diananın ölümünün 20-ci ildönümü münasibətilə abidə ucaldılacaq.

Bu təşəbbüslə Diananın oğulları şahzadə Uilyam və şahzadə Harri çıxış ediblər. Abidə Britaniya paytaxtının qərb hissəsində yerləşən Kensinqton sarayının bağlarında yerləşdiriləcək. Şahzadələr artıq abidənin ucaldılması üçün vəsait toplanışı komissiyasını təsis ediblər. Heykəltəraşın adı bir müddət sonra elan ediləcək.

“Abidənin qoyulması ilə anamızın Böyük Britaniya və bütün dünyaya müsbət təsirini tanımağın tam zamanıdır. Biz ümid edirik ki, memorial Kensinqton sarayının bütün ziyarətçilərini şahzadə Diana və onun irsi barədə düşündürəcək” – deyə, şahzadələr birgə verdikləri rəsmi bəyanatda qeyd ediblər.

Xatırladaq ki, şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə avtomobil qəzası nəticəsində həyatını itirib.