DünyaKosmos

Layihə rəhbəri azərbaycanlı olan ‘Tarixin ilk kosmos ölkəsi’ Asgardia üçün ilk addım atıldı

301views

‘Tarixin ilk kosmos ölkəsi’ Asgardia üçün ilk addım atıldı: Vətəndaşlıq müraciətləri başladı.

‘Tarixin ilk kosmos ölkəsi’ olma hədəfiylə yaradılan layihə çərçivəsində qurulması planlaşdırılan Asgardia üçün vətəndaşlıq müraciətləri başlayıb. Parisdə təşkil edilən bir tədbirdə elm adamları tərəfindən elan edilən Asgardia layihəsində təxminən 100 min insanın dünya orbitində qurulacaq bir kosmos stansiyasında yaşaması planlaşdırılır. Skandinaviya mifologiyasından tanrı Odinin hökm sürdüyü Asgard’dan ruhlanaraq adlandırılan ölkədə insanların öz qaydaları ilə yaşaması, həmçinin Dünyanın meteor, kosmos çöpü və digər təhdidlərdən qorunması hədəflənir.

‘Yer üzündəki digər ölkələrin məhdudlaşdırmalarından tamamilə müstəqil, azad bir mühit’ deyə tanıdılan layihənin, 18 ay içərisində atılacaq bir peyklə başlayacağı ifadə edilib.

Dövlət statusu üçün BMT-yə müraciət ediləcək.

Asgardia üçün vətəndaşlıq müraciətlərinin başladığı nəzərə çatdırılarkən, layihə lideri İqor Ashurbəyli, vətəndaş olmaq istəyən şəxslərin dünyadakı ölkələrinə aid vətəndaşlıqlarından imtina etmək məcburiyyətində olmayacaqlarını bildirib. Ashurbeyli: “Fiziki mənada Asgardia vətəndaşları Dünyada olacaqlar ancaq yalnız Dünyanın başqa bir ölkəsində yaşacaqlar. Müraciət sayı 100 mini keçdiyi təqdirdə Birləşmiş Millətlərə dövlət statusu üçün də müraciət edə biləcəyik.”

Nəzərə çatdıraq ki, layihə rəhbəri İqor Aşurbəyli, əslən azərbaycanlıdır və 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub.