MəşhurlarSerial

Lady Gaga növbəti seriala çəkiləcək

798views

Lady Gaga “Amerikan qorxu hekayəsi-American horror story” serialının 5-ci sezonunda çəkilməsi bəzilərinə sürpriz olsa da, “American horror story” izləyiciləri üçün gözlənilən olmuşdu. Çünki, serial tam Gaga-nın tərzinə uyğun idi.

 

Bu dəfə isə Gaga “American crime story – Amerikan cinayət hekayəsi” serialının 3-cü sezonunda oynayacaq. Qey edək ki, adı gedən serialın hər sezonu Amerika tarixində baş vermiş ən səs-küylü cinayətlərə həsr olunur. Gaga-nın rol alacağı sezon isə məşhur dizayner, Versace brendinin yaradıcısı Janny Versace-nin qətlinə həsr olunub.

Gaga isə Janny Versace-nin ən yaxını, bacısı Donatella Versace-ni canlandıracaq.

Onu da xatırladaq ki, 2013-cü ildə Lady Gaga-nın təqdim etdiyi alboma “Donatella” adlı mahnı da daxil olmuşdu.