Avtomobil

Lada Vestanın Almaniyadakı satış qiyməti məlum oldu

Lada Vesta
365views

Lada Vestanın Almaniyadakı satış qiyməti məlum oldu.

Rusiya Sənaye və Ticarət Nazirliyi, Lada Vestanın Almaniyada 12.5 min avrodan başlayan qiymətlərlə satışa təqdim olunacağını açıqlayıb. Bəyanata görə bu ayın sonuna qədər Rusiya istehsalı Lada Vestaların Macarıstanda da satışına başlanması planlaşdırılır.

Rusiya Sənaye və Ticarət Nazirliyinin yaydığı açıqlamada, “Alman alıcılara, Lada Vestanın 1.6 motorlu və 106 at gücü olan modeli təqdim olunacaq. Avropaya sövq edilən vasitələr, Euro-6 hava çirkinlik normalarına uyğun olub, daxili bazara satılan avtomobillərə görə nəzarət modulda və ön paneldə fərqlər olacaq” deyilib.

Lada Vesta

Açıqlama mətnində həmçinin Almaniyada 12.5 min avrodan başlayan qiymətlərlə satışa təqdim olunan Lada Vestalarda kondisioner sistemi, 16 xəlitəli çərçivələr, fara və yağış sensorları, audio səs sistemi, sürət sabitləyici, funksional sükan və park pilotu yer aldığı, yan sərnişin hava yastıqlarının və Avropa üçün zəruri olan rezin təzyiq sensorlarının da əlavə olunduğu vurğulanıb.
Bəyanata görə qiymətləri 13.5 min avrodan başlayan Lada Vestaların lüks sinif ön şüşə qızdırmalı, tam avtomatik kondisioner, naviqasiya və arxa görünüş kamera sistemli ekran kimi əlavələri vardır.