Kino

‘La La Land’ | Niyə məhz bu film rekordlar qırdı?

La La Land movie 2017
856views

Bir ay əvvəl baş tutan Golden Globe mükafat mərasimində La La Land yeddi nominasiya üzrə mükafat alaraq rekorda imza atıb.

Rejissorunun Damien Chazelle olduğu musiqili film, 14 nominasiya üzrə Oscar-a namizəd olub və All About Eve və Titanic filmlərinin namizədlik rekordunu qırıb.

Bəziləri Moonlight, Loving və The Birth of a Nation kimi sosial və siyasi məzmunlu filmlərin namizədliyə daha çox layiq olması barədə fikir irəli sürüb.

Bu reaksiyanı anlamaq olar. Moonlight və Hidden Figures və Fences kimi ən yaxşı film nominasiyasına namizəd göstərilən digər filmlərin yanında La La Land, çox da qabaqcıl bir kino sayılmır.

Amma, bu, Oscar namizədlərini müəyyənləşdirənlər üçün qorxaq və ya rahat seçim olduğu mənasını vermir.

Açıq bir siyasi mesaj olmasa belə, mükafat qurumlarına təsir edəcək qədər yaxşı olması, La La Land-i qeyri-adi göstərir.

yaaz.az La La Land filmi 2017 t'nqidi yanashma

Bu ilki Oscar namizədlərinə olduqca fərqli filmlər daxildir.

Lakin, ümumiyyətlə, ağır dramalar və ciddi mövzulu kinoların Oscar aldığını bilirik.

Ən yaxşı film kateqoriyası üzrə mükafat alan filmlərə nəzər salsaq, Spotlight-da uşaq istismarı, 12 Years of Slave-da köləlik, The Hurt Locker-də müharibə, Slumdog Millioner-də yoxsulluq mövzularına toxunulduğunu görərik.

Birdman və Artist kimi daha əyləncəli görünən filmlərdə belə, bir tərəfdən qəhrəmanların depressiya və yadlaşma quyusuna düşdüyü izah olunur.

Bunların qarşısında La La Land-dakı sağlam, yaraşıqlı, qabiliyyətli xəyalpərəstlər, heç bir şeydən şikayət etmirlər. Ən qəribəsi də elə budur.

Bu film, romantik komediya janrında yaradılıb və bənzəri filmlərin Oscar aldığına bir elə də rast gəlmək mümkün deyil.

Ən yaxşı film nominasiyası üzrə mükafat alan ən son romantik komediya filmi, 1978-ci ildə Annie Hall olub.

O gündən bu yana sadəcə, 1995-ci ildə Four Weddings and a Funreal, 1997-ci ildə Jerry Maguire və 1998-ci ildə As Good As It Gets ən yaxşı film nominasiyası üzrə namizəd kimi göstərilib.

Oscar həm romantik komediya, həm də komediya tipli filmləri qulaqardına vurması ilə tanınır. Amma 1990-cı illərdən üzü bəri, Hollywood-da da bu tip filmlərin sayı getdikcə azalıb.

yaaz.az La La Land filmi 2017 t'nqidi yanashma

Filmlərində romantikaya bir az komediya qatmaq istəyən rejissorlar, bunu yaxşı bacarmayıblar.

İnsana özünü yaxşı hiss etdirən, narahat etməyən bir eşq hekayəsində komediya ünsürünü də diqqətdən qaçırmayaraq ekranlaşdırılan filmləri, son dövrlərdə bir elə də görə bilmədyimizi nəzərə alsaq, La La Land-in nə qədər xüsusi olduğunu daha yaxşı başa düşərik.

Filmin ilk yarısında iki insan arasındakı yaxınlaşma və flirti göstərən səhnələrdə hədd gözlənilib.

Mia (Emma Stone) məşhurlaşmaq istəyən bir aktrisa, Seb (Ryan Gosling) isə caz pianoçusu kimi təqdim olunurlar.

İlk dəfə yolda qarşılaşırlar və düşməncə baxışırlar. Bir müddət sonra Mia, Seb-i bir restoranda pianino çalarkən görüb təsirlənir.

Lakin, Seb işdən qovulduğuna görə kədər içində olduğu üçün, onu görmədən küçəyə çıxıb gözdən itir.

Orta statistik 21-ci əsr romantik komediya filminin bu mərhələsində, baş qəhrəmanların sərxoş halda sevişib, sonra yaxın dostlarına peşman olduqlarından danışmalarını görürük.

Lakin, rejissor filmin ilk səhnələrdən, Mia ilə Seb-in şəxsi karyera və arzularını göstərmək üçün istifadə edir. Sonda qarşılaşdıqda tamaşaçı artıq onları tanıyır və aşiq olacaqlarını gözləyir.

Hətta, bu zaman da, hadisələr sürətlə cərəyan etmir.

yaaz.az La La Land filmi 2017 t'nqidi yanashma

Hovuz kənarında təşkil olunan bir məclisdə Mia-nın Seb ilə zarafatı, sonra isə onun ifa etdiyi pianino müşayiətində rəqs etməsi, xoş səhnələrdən biridir.

Məclisdən sonra, sönük küçələrdə yeriməkləri ilə bir-birlərini daha yaxşı tanımaları, Mia-nın kino görüşünə gecikməsi və sonra rəsədxanadan gecə mənzərəsinin izlənməsi, unudulmayacaq digər səhnələrdəndir.

Amerikalı rejissor Judd Apatow-un da dediyi kimi, “Yaxşı komediya insanı yormaz, buna görə də insanlar, problem dolu filmlərin daha çətin başa gəldiyini fikirləşirlər.”

Köhnə münasibətləri əsas tutan La La Land da insanı yormur.

Bəs bu qədər asan idisə, niyə Chazelle-dən başqa bir rejissor bunu bacarmayıb?

Təsadüf burasındadır ki, Chazelle-in filmdə rol vermək istədiyi Emma Watson ilə Mile Teller daha sonra, geri çəkilib və beləcə, Stone və Gosling üçün yol açılıb.

Bu ikili isə, daha əvvəl başqa filmlərdə birgə rol alıblar.

Sevimli olmaqla yanaşı, aralarındakı uyğunluq, fərqli rola girmək tərzlərindən qaynaqlanır.

Stone-dan gələn duyğuları görə bilirik. Mia-nın sevinci də, əsəbi də dərhal üzündə əks olunur.

Gosling isə bu mövzuda daha xəsis davranır. Dodağının yüngülcə qaçdığını və ya qaşını bir az qaldırdığını görürük.

Bu hal tamaşaçıda, Seb-in də Mia qədər açıq və səxavətli olması arzusunu yaradır.

La La Land sadəcə aktyorların uyğunluğu baxımından yaxşı deyil, təbii ki.  Görünüş, kostyum, dizayn, Justin Hurwitz-in musiqisi və başqa bir çox nominasiya üzrə Oscar-a namizəd göstərilməsi də səbəblərə daxildir.  Filmin ilk yarısında yaradılan sehrli hava, onu mükafata layiq edir.  Birlikdə gözəl musiqi yaradan iki insanla bağlı zərif bir şəkildə inşa edilən komediya təsirinin yaratdığı bir sehr.

La La Land sadəcə aktyorların uyğunluğu baxımından yaxşı deyil, təbii ki.

Görünüş, kostyum, dizayn, Justin Hurwitz-in musiqisi və başqa bir çox nominasiya üzrə Oscar-a namizəd göstərilməsi də səbəblərə daxildir.

Filmin ilk yarısında yaradılan sehrli hava, onu mükafata layiq edir.

Birlikdə gözəl musiqi yaradan iki insanla bağlı zərif bir şəkildə inşa edilən komediya təsirinin yaratdığı bir sehr.