Kino

La La Land filmi 14 nominasiya ilə Oskar rekordunu qırdı

823views

14 nominasiyada Oskar namizədi olan La La Land rekorda imza atdı.

Kinosevərlərin maraqla gözlədiyi Oskar mükafatları üçün namizədlər açıqlandı. La La Land (Aşiqlər Şəhəri) 14 ayrı kateqoriyada namizəd olaraq Oskar tarixinin ən çox namizədlik qazanan film rekordunu qırdı.

Bu il 89-cu dəfə sahiblərini tapacaq Akademiya Mükafatları (Oskar) üçün musiqili film La La Land, ən yaxşı film, ən yaxşı kişi və qadın oyunçu, ən yaxşı rejissor kateqoriyalarının da aralarında olduğu 14 nominasiyada namizəd göstərildi.
La La Land
Bundan öncə, La La Land, Oskarın xəbərçisi olaraq qəbul edilən Qızıl Kürə-də ən yaxşı musiqili komediyanın da aralarında olduğu 6 nominasiyada mükafat qazanmışdı.

Oskar 2017 üçün digər bütün namizədlərə buradan baxa bilərsiniz.