Dünya

Küveyt şahzadəsi edam edilib

Faysal Abdullah Əl Cabir Əl Sabah
174views

Küveytdə aralarında bir şahzadənin də olduğu 7 şəxs edam edilib. Edam məhkumları həbsxanada asılaraq öldürülüb.

Edam edilənlər arasında Filippin, Misir, Efiopiya və Banqladeş vətəndaşları da var.

Edam edilən şahzadə Faysal Abdullah Əl Cabir Əl Sabah, planlaşdıraraq adam öldürmək və qanunsuz silah gəzdirməkdə günahlandırılmışdı. Şahzadə, 2010-cu ildə bir Küveyt şahzadəsini öldürməkdə günahlandırılır. Körfəz ölkələrində kral ailəsindən olan şəxslərin edam edilməsinə nadir də olsa rast gəlinir.

Edam edilən bir digər şəxs isə Kuveytli Nusra əl-Ənəzdir. Əl Ənəz, yoldaşının ikinci evliliyinin qarşısını almaq üçün toyun küçirildiyi mağarı yandırmış və nəticədə 50 nəfər insan həyatını itirmişdi.

Qeyd edək ki, Küveytdə sonuncu dəfə 2013-cü ildə edam hadisəsi həyata keçirilmişdi.