MaraqlıSənət

Kürəyini 150 min avroya satan insan

Tim Steiner Tatoo 2017
260views

Tim Steiner adlı şəxs məşhur bir rəssam tərəfindən kürəyinə çəkilən əsəri satıb.

Steiner’in kürəyində olan ‘Tatoo’nu almaniyalı bir kolleksiyaçı 150 min avro ödəyərək satın alıb. Steiner həyatını itirdikdə dərisi soyularaq çərçivə içərisinə salınacaq və sahibinə təqdim olunacaq.

Əvvəllər Tatoo salonu işlədən 40 yaşındakı İsveçrə vətəndaşı Steiner, 10 il əvvəl donuzların üzərinə çəkdiyi rəsmlərlə məşhurlaşan Belçikalı rəssam Wim Delvoye ilə tanış olur.

Delvoye, Steiner’in sevgilisinə, kürəyini kətan olaraq istifadə edə biləcəyi bir şəxs axtardığını bidlirir.

Steiner, “Sevgilim mənə zəng vuraraq bu barədə məlumat verdi və dərhal ‘hə’ cavabını verdim. Ancaq indi kürəyimdəki bu əsər sənət kolleksiyası olan Rik Reinking’ə aiddir. Və mən bu əsərin müvəqqəti çərçivəsiyəm” deyə bidlirir.

yaaz.az Tim Steiner 2017 Tatoo

Steiner, onu qınayanlara, “İyrənclik nisbi bir anlayışdır. Yaponiya tarixində bu hal bir neçə dəfə təkrarlanıb. Bəzi insanlar bunu çox bəyənir, bəziləri isə insan haqqlarına zidd olduğunu söyləyir. Buna köləlik və ya fahişəlik deyənlər belə var. Ancaq məncə heç də pis bir fikir deyil” deyə cavab verir.

Konvensiyaya uyğun olaraq, Steiner ildə ən az üç dəfə, əsəri bir sənət qalereyasında sərgiləmək məcburiyyətindədir.

yaaz.az Tim Steiner 2017 Tatoo

Tim Steiner, ‘Tatoo’nu ilk dəfə, hələ tamamlanmamış ikən 2006-cı ilin iyun ayında Sürixdə sərgiləyib. Əsərin onuncu ili sayılan keçən il isə, Tazmanya’daki Mona qalereyasında bütün il boyunca həftədə altı gün, gündə beş saat (toplam 1500 saat) çılpaq şəkildə sərgiləyib.

Əsəri nümayiş etdirərkən tərpənmədən və danışmadan oturan Steiner, “İnsanlar mənim heykəl olduğumu düşünürdülər. Canlı olduğumu öyrənəndə isə çox təəccüblənirdilər” deyə bidlirir.

yaaz.az Tim Steiner 2017 Tatoo

Steiner, “TIM” adlı Tatoonu Danimarka və İsveçrədə də sərgiləyəcək.