Dəb & Tərz

Kosmetika şirkəti yeni üzü kimi 17 yaşlı oğlanı təqdim edir

312views

İnstagram ulduzları son illərin tanınmış simalarına çevrilirlər.
Onlar əvvəlcə İnstagram hesabı açır, ən bacarıqlıları isə yaxşı təkliflər alır, böyük layihələrə imza atırlar.

İnstagramın bu cür ulduzlarından biri də 17 yaşlı James Charles-dir.  James kosmetika ilə yaxından maraqlanır və bu sahənin professionalına çevrilib. Elə bu səbəbdən də Amerikanın ən tanınmış dekorativ kosmetika şirkətlərindən biri olan CoverGirl  James-ə brendin yeni reklam üzü olmağı təklif edib.

Beləliklə, 1958-ci ildə qurulmuş CoverGirl şirkəti tarixində ilk dəfə reklam üçün kişi üzündən istifadə edir.

first-male-covergirl-spokesmodel-james-charles-1first-male-covergirl-spokesmodel-james-charles-4first-male-covergirl-spokesmodel-james-charles-5first-male-covergirl-spokesmodel-james-charles-9first-male-covergirl-spokesmodel-james-charles-15first-male-covergirl-spokesmodel-james-charles-18first-male-covergirl-spokesmodel-james-charles-22first-male-covergirl-spokesmodel-james-charles-23first-male-covergirl-spokesmodel-james-charles-24