Futbol

Könüllərin çempionuna kubok təqdim edildi

yaaz.az
62views

2016 Sudamericana Kuboku, təyyarə qəzasında futbolçularını və texniki heyətini itirən Chapecoense Klubuna təqdim olunub.

Keçmiş prezident Sandro Pallaoro’nun qəzada həyatını itirməsi səbəbindən kuboku, Chapecoense komandasının yeni prezidenti Plinio David de Nes Filho qəbul edib.

Mükafat mərasimində, çempionatı qalib olaraq tamamlamalarına razılıq verən Atletico Nacional’ə təşəkkür edən Nes Filho, “Qazandığımız kubokda böyük bir jest edərək bizə bu imkanı yaradan Atletico Nacional Klubuna minnettarlığımı bildirirəm. Həqiqətən nəzakət dolu və çox böyük bir addımdır” deyə bildirib.

yaaz.az
Chapecoense Klubu futbolçuları

Xatırladaq ki, Sudamericana Kuboku finalında Atletico Nacional ilə qarşılaşmaq üçün Bolivyanın Santa Cruz de la Sierra şəhərindən Kolombiyanın Medellin şəhərinə hərəkət edən Chapecoense komandası da daxil 77 nəfərin olduğu təyyarə dağlıq ərazidə qəzaya uğramış və 71 nəfər həyatını itirmişdi.

Bu faciənin ardından isə, Atletico Nacional Klubu, Sudamericana Kubokunun Chapecoense komandasına və gəlirinin qəzada ölənlərin ailələrinə verilməsini turniri təşkil edən Cənubi Amerika Futbol Konfederasyasından (CONMEBOL) tələb etmiş və qəbul olunmuşdu.