Dünya

“Kolumbiya xalqı, bu mükafat sizindir” Juan Manuel Santos

651views

“Nobel Sülh Mükafatı”nın bu ilki sahibi Kolumbiya Dövlət Prezidenti Juan Manuel Santos oldu.

Ölkəsində 52 ildir davam edən vətəndaş müharibəsinin sona çatmasında və Kolumbiya ilə FARC (Kolumbiya İnqlabı Silahlı Qüvvələri) arasında imzalanan sülh müqaviləsində əsas rola sahib olan Santos, laiq görüldüyü “Nobel Sülh Mükafatı”nın xalqına aid olduğunu söyləyib.

Colombia's President Juan Manuel Santos arrives at Toncontin International airport in Tegucigalpa, Honduras April 5, 2016. REUTERS/Jorge Cabrera TPX IMAGES OF THE DAY - RTSDR96

Santos, “Kolumbiya xalqı, bu mükafat sizindir. Bu mükafat itirdiklərimiz və bir insan belə olsa bundan sonra itgi verməməyimiz üçündür. Sabit və davamlı sülh əldə edə bilməyimiz üçün bir və bərabər olaraq bu yolu tamamlamalıyıq” deyə bildirib.

_91556433_49670480-f60f-44bd-b77c-cabf2f6db49c

Mükafatın sahibini açıqlayan Nobel Komitəsinin Prezidenti Kaci Kullmann ; “Belə çətin bir vəzifədə bu mükafatın Juan Manuel Santosa güc verəcəyinə ümid edirik ” deyə söyləyib.

1014828129

Qeyd edək ki, Kolumbiyada həyata keçirilən xalq səs verməsində sülhün bağlanılmasına “Yox” deyilmişdi. Bu mənfi nəticəyə baxmayaraq, Prezident Juan Manuel Santos və hökumət sülh razılığının davam edəcəyini açıqlamışdı.

afp-gi48j