Məşhurlar

Köhnə porno ulduzdan Google-a 79 milyon avroluq təzminat davası

195views

Köhnə porno ulduzu Cicciolina bir ayğır (erkək at) ilə seks etməməsinə baxmayaraq, bu cür məlumatların yer aldığı Google-a 79 milyon avroluq mənəvi təzminat iddiası açıb.

Əsl adı Ilona Staller olan 65 yaşlı Macar əsilli köhnə porno ulduzu Google-a 70 milyon avroluq təzminat davası açıb, 9 milyon avro da məhkəmə xərcləri üçün istəyib. İtaliya Parlamentində millətvəkilliyi də etmiş olan Cicciolina, FQ Magazine adlı jurnala verdiyi açıqlamada 80-cı illərdə iştirak etdiyi Cicciolina Number1 adlı porno filmində istifadə edilən erkək at ilə seks səhnəsini belə ifadə edib:

“Rejissor Rikardo Schicchi çəkilişlərdə bir göz çaşdırması edib. Mən faytonda yaşayıram. Ayğırın yanında bir başqa qadın var. Bir sözlə, yeniyetmələrin asanlıqla anlayacağı bir hiyləgər görüntüdür. Amma Google, sevişənin mənim olduğum kimi təqdim edir. Bu bir alçaqlıqdır. Sonsuz kabuslar keçirirəm. Cinayətkarların cəzasız qalmaması lazımdır. Neçə dəfə vəkilim Luca Di Karlo dəlilləri ötürüb, amma hər şey boşa gedirdi”.

Cicciolina kompensasiya alacağına inandığını bildirərək “Mən bir heyvansevərəm. Zoofillərə nifrət edirəm. Belə bir sevişmə səhnəsini necə edə bilərəm?” deyə fikrinə aydınlıq gətirib.