Səyahət

Kitab rəflərinin arasında yata bilmək üçün, dünyanın hər yerindən bu hostelə qonaqlar gəlir

194views

Tokioda bir hosteldə kitab rəflərində yatmaq imkanı təqdim edilir.

Yaponiyanın paytaxtı Tokiodakı Book and Bed adlı bir Hostel, qonaqların kitab rəflərində yatmaları üçün şərait yaradır. ‘Kitab həvəskarları’ üçün cənnət sayıla biləcək bu hostelə dünyanın hər yerindən qonaqlar gəlir və divarları kitab rəflərindən ibarət otaqların içində yata bilirlər.

Rəflərdəki kiçik bölmələrdən yataqlarına qalxa bilən qonaqlar, hər cür kitabı da tapma imkanına sahibdirlər. Otaqların böyüklüyü isə 2×1 metr ölçüsündədir.