DigərMaraqlı

Kitab oxumağın faydaları

1.4Kviews

İnsanlar 2 kateqoriyaya bölünür: kitab oxuyanlar və kitab oxuyanları dinləyənlər.


İstədiyiniz hər şeyə sahib olsanız belə, iç dünyanızda doldurulmayacaq boşluqlar varsa, məhz kitab oxumaq daxili dincliyi tapmaqda sizə kömək edəcək.
Oxumaq  inkişaf etməkdir, ruhən  təmizlənməkdir, özünü və bütün kainatı kəşf etməkdir, oxuduğunu düşünmək və anlamaq,zehni aydınlaşdırır və könül gözünün açılmasını təmin edir. Bu istər bir kitab olsun, istər bir qəzet, istərsə də təqvim yarpağının arxasındakı yazı olsun, oxunan hər şey, bir informasiyadır. Mütəxəssislərə görə yaddaşı qüvvətləndirərək Alzhemier xəstəlik riskini belə aşağı salmaq mümkündür.
Uzun illər britaniyalı psixoloqları araşdırmalarına görə cəmi 6 dəqiqə kitab oxumaq belə insanda stressin səviyyəsini üç dəfəyə dək endirir.

8fdc4a84c51c8412b685e71c7b703a09


Kitab oxuyan bir neçə həyat , oxumayan isə cəmi bir həyat yaşayar.


Kitablar əsasən uşaqların zehni, hissi, sosial və dil inkişafında önəmli tədris vasitəsidir. O, uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət təsirini göstərir. Psixoloqlar hesab edir ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə aşılamalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar.
Mütəxəssislər hesab edir ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitabları seçməsi üçün istədiyi qədər vaxt verilməlidir. Övladınıza rahat əldə tuta biləcəyi, qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitabları seçmək lazımdır, çünki uşaqlar məhz belə kitabları sevir.

4c301388ef24b770ace2fa0a51a65ac9