Mobil

Kişilər SİRİ’ni virtual seksə məcbur edirlər – Açıqlama

844views

Yalnız kişilər SİRİ’ni virtual seksə məcbur edirlər.

Ağıllı telefonlarda rəqəmsal tələbləri yerinə gətirən və sualları cavablandıran Siri kimi fərdi asistanların əksərən yalnız kişilər tərəfindən məqsədinin xaricində istifadə edildiyi aydın olub. Texnologiya şirkətləri, qadın səsi ilə xidmət verən bu proqramlarla virtual seks məhəbbəti qurmağa çalışan kişilərin sayının bir xeyli çox olduğunu söyləyib.

Robin adlı virtual asistant yaradıcısı olan Robin Labsın CEO’larından Ilya Eckstein, xüsusilə gənclər, yük maşını və taksi sürücüsü kimi peşə sahələrində çalışan insanların virtual asistanlarıyla gündə 300-dən çox dəfə ünsiyyət qurmağa çalışdığını ifadə edib. Eckstein, bu dialoqların cinsi məzmunlu tələblər ehtiva etdiyini ifadə edərək xüsusilə qız yoldaşı olmayan yalnız kişilərin bu virtual asistanlara qarşı duyğular belə bəsləyə bildiklərini də söyləyib.

‘Seks köləsi fantaziyası qururlar’

Eckstein, bir çox dildə danışa bilən, sualları cavablayan və mikro bir süni zəka olan bu virtual asistanlarla bu cür eşqbazlıq edən kəslərin, şüuraltında əslində hər dediklərini edən bir qız yoldaş, hətta seks köləsi fantaziyası güddüklərindən bəhs edib. Eckstein, öz virtual asistanlarıyla girilən qarşılıqlı təsirlərin 5%-nin cinsi məzmunlu olduğunu, ünsiyyət başladanların üçdə birinin isə bunu heç bir səbəb yoxkən, yalnız danışma ehtiyacı ilə etdiklərini təsbit etdiklərini açıqlayıblar.

‘İlk başlarda proqramın cinsi həyatını maraqlanırlar’

Microsoftun Cortana adlı virtual asistanının icadçısı olan Deborah Harrison, bu ilin əvvəllərində təşkil edilən ‘Virtual asistanlar sammitində, ilk zamanlar edilən qarşılıqlı təsirlərin əhəmiyyətli bir qisminin cinsi məzmunlu olduğunu söyləmişdi. Harrison, “telefonlarını alan kimi virtual asistanla cinsi məhəbbətə girməyə və ona cinsi həyatı ilə əlaqədar suallar soruşmağa başlayırlar” deyərək eyni məzmuna diqqət çəkmişdi.