Dünya

Kim Jong-Un: “İsa’ya deyil nənəmə sitayiş etməlisiniz”

Kim Jong-Un
256views

Şimali Koreya lideri Kim Jong-Un, ölkədə yeni ilin qeyd olunmasını qadağan edib.

India Times’ın xəbərinə görə, Kim Jong-Un, Şimali Koreyada xalqın İsa’nı unudub əvəzində nənəsinə sitayiş etmələrini tələb edərək ölkədə yeni ilin qeyd olunmasını qadağan edib .

Nənəsi Kim Jong-Suk’un, Xristianların qeyd etdiyi Milad bayramı ərəfəsində doğulduğunu xatırladan Kim, xalqdan İsaya deyil nənəsinə sitayış etmələrini istəyib.

Yaponiya əleyhdarı partizan olan, kommunist fəal Kim Jong-Suk, ölkədə “İnqilabın Müqəddəs Anası” olaraq tanınır.