Gündəm

Kerry və Lavrovun Suriya görüşündən bir nəticə çıxmadı

197views

Amerika Birləşmiş Ştatları (ABŞ) xarici işlər naziri John Kerry və rusiyalı həmkarı Sergey Lavrov-un Cenevrədə Suriya ilə bağlı görüşündən sağlam bir razılaşma çıxmadı.

İlkin olaraq gündəmdə olan Hələb şəhərinə yardım ilə bağlı atəşkəs elanı və terror qruplaşması Daeş-ə qarşı birlikdə mübarizə planı istəyi müsbət rəyini ala bilmədi.

Doqquz saat sürən toplantının ardından açıqlama vərən Kerry  ” Suriya xalqı üçün təsirli, bölgənin daha güvənli və  sabit hala gətirə biləcək bir müqavilə imzalamaq istıyirik” deyə bildirib.

İki tərəfin qrupları da iclasın detallarını sonlandırmaq üçün Cenəvrə-də işlərinə davam edəcəklərini açıqladı.

Sergey Lavrov ” Krizin çözümü üçün Rusiya, Suriya resmi idarəçiliyi ilə, ABŞ isə müxalifət ilə birlikdə işləyəcək ” deyə bildirib.

Bu arada iclasın davam etdiyi vaxtda, Suriya ordusunun idarəsi altındakı Daraya bölgəsindən sivillərin və müxalifət güclərinin boşaldılması başladıldı. Köçürülmənin bir neçə gün davam edəcəyi bidlirilir.