Psixoloji yanaşma

Karyeranızı bu vərdişlər sonlandıra bilər

21views

Karyeranızda işlər yolunda getmir? O zaman, şirkətin siyasi baxışını, iş dünyasındakı durğunluğu, hətda iş yoldaşlarınızı günahlandırmağın yerinə, özünüzü təkrar araşdırmağınız məsləhət olunur.

LinkedIn adlı internet saytında, təcrübəli mütəxəssislər iş həyatında nələrə yol vermək olmaz adlı bir siyahı hazırlayıb.

career-spotlight_clinical-trials_1290x500

1. Karyeranızda irəliləməyinizə mane ola biləcək davranışlar.

* Çox vaxt serf edib sonda lazımlı bir nəticə əldə edə bilməmək.

* Şirkətdə baş verən dəyişikliklərə qarşı olmaq və yeni fikirlərə etiraz etmək.

* Rəhbərliyin hörmətini qzanmaq, ancaq iş yoldaşlarının sevgisini qazanmamaq.

* İşdəki mövqeyindən razı olmaq, inkişafa meyl etməmək.

* Problemləri həll etmək əvəzinə yalnız problemləri aşkara çıxartmaq.

Əgər bu xüsusiyyətləri öz davranışlarınızda müşahidə edirsinizsə, təcili olaraq dəyişmək üçün addımlar atın.

GSEI-Philips Aging Well Working Session Series

Araşdırmalara əsasən, qadınlar kişilərə nisbətən daha çox uğurlarını başqaları ilə paylaşırlar.

career-fair-student-header

2.  İş yerinizdə özünüzü göstərməyin yolları.

* Yaxşı əlaqələr qurun. Dəqiq olun, necə fərqlilik yaratdığınızı və bunun işinizə müsbət təsirlərini dolğun şəkildə izah edin. Bunu özgüvənlə və kəskin şəkildə edin.

* Görəcəyiniz işin nə gətirəcəyini və bunu hansı yollar ilə edəcəyiniz aydın izah edin. Keçmiş uğurlarınız haqqında danışaqdansa, mövcud problemləri  aşa biləcək yollar göstərin.

* Bir çox insanlar özündən razı görsənməmək üçün “mən” ifadəsini istifadə etməkdən qaçır. Halbu ki, araşdırmalar ancaq “biz” ifadəsinin də o qədər düzgün seçim olmadığını göstərib. Bu səbəbdən “men” və “biz” ifadəsininin hər ikisindən də istifadə edərək olduqca diqqətli şəkildə cümlələrinizdə tarazlamağınız məsləhət olunur.

90540214b54d90b9b4deec767545f3aa_f8585