Futbol

Kamran Ağayev penalti qaytardı, “Boavişta” qələbə qazandı

729views

Bu gün Portuqaliya Premyer Liqasında 7-ci turun qarşılaşmaları keçirilib. Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta” öz meydanında “Moreyrenşe”ni qəbul edib. İlk dəqiqələrdən meydana çıxan Kamran 26-cı dəqiqədə penalti qaytarıb. Bundan sonra üstünlüyü ələ alan “Boavişta” 30-cu dəqiqədə Lukaş Roşanın qolu ilə hesabda önə keçib. Meydan sahibləri ikinci qolu oyunun sonuna 7 dəqiqə qalmış vurublar – İdrisa Mandianq fərqlənib. Bununla da 2:0 hesabı ilə qələbə qazanan “Boavişta” 8-ci xalı aktivinə yazıb və 13-cü pilləyə qədər irəliləyib. “Moreyrenşe” isə 4 xalla sonuncudur.

Qeyd edək ki, milli komandamızın digər üzvü Emin Mahmudov “ilk 18-yə” daxil edilməyib.

Elnur Cəfərov
idman xəbərləri yazarı