CihazlarKompüter

Kabelsiz şarj doldurma texnologiyalı ilk noutbuk: Dell Latitude 7285

Dell Latitude 7285
751views

Dell-in CES 2017-də tanıtdığı Latitude 7285 adlı portativ kompüter kabelsiz şarj yığa bilir.

Fərdi kompüter dedikdə ağla ilk gələn şirkətlərdən biri olan Dell, yeni texnologiyaları həyata keçirməyə davam edir. Xüsusən son illərdə ağıllı telefonlarda tez-tez qarşımıza çıxmağa başlayan kabelsiz şarj doldurma texnologiyası, Dell-in atdığı bu addımla noutbuklarda da artıq olacaq.

Dell Latitude 7285
Dell Latitude 7285

CES 2017 çərçivəsində yeni məhsul və texnologiyalarını tanıdan Dell, Latitude 7285 adını verdiyi ikisi bir arada funksiyalı kompüterini də təqdimata çıxarıb. Məhsulun ən cəlbedici detalı əlbəttə, Witricity adlı xüsusi şirkət tərəfindən inkişaf etdirilən kabelsiz şarj doldurma texnologiyasıdır.

Bu sistemi istifadə etmək üçün, “desktop wireless charging pad” adlı aksessuarı da satın almaq lazımdır. Klaviatura taxılmış vəziyyətdəykən, kompüter bu stend üzərində qoyulduqda avtomatik şəkildə şarj doldurmağa başlayır. Yəni istifadəçilər kabellərlə məşğul olmaq məcburiyyətində qalmırlar.

Dell Latitude 7285
Dell Latitude 7285

12 düyümlük ekranda 2880 x 1920 piksel görüntülər yarada bilən kompüterdə 256 GB, 512 GB və 1 TB olmaq üzrə üç fərqli güc variantı təqdim olunur. Latitude 7285i alan şəxslərin Ram məsələsində də 8 GB və 16 GB olaraq iki seçim imkanı var. Üstəlik, kompüterdə Windows Hello texnologiyası da dəstəklənir.