Futbol

Jose Mourinho: “Pogba’nı ucuz qiymətə aldığımızı görəcəksiniz”

Jose Mourinho 2017 musahibe
860views

Manchester United klubunun Portuqaliyalı baş məşqçisi Jose Mourinho, mövsümün əvvələrində Paul Pogba üçün ödədikləri 105 milyon avronun yaxın gələcəkdə ucuz bir rəqəm olaraq görünəcəyini bildirib.

İngiltərə mətbuatına müsahibə verən Mourinho, Manchester klubunun Juventus’dan heyətinə qatdığı 23 yaşındakı Pogba’nın “rekord transfer” ünvanını tezliklə itirəcəyini söyləyib.

“Çox az bir müddətdən sonra Pogba’nın yarı dəyərində olan futbolçular, onu aldığımız qiymətdən də baha qiymətə transfer ediləcək. Bir neçə il əvvəl ən mükəmməl oyunçu 30 milyon avroya transfer edilə bilirdi. Bu gün isə 30 milyon avro qarşılığında yalnız gələcək vəd edən bir futbolçu almaq mümkündür. Hal-hazırda gələcək vəd edən 20 yaşındakı bir oyunçuya, ulduz futbolçu dəyərində pullar ödənir ”  deyə baş məşqçi bildirib.

Fransalı futbolçu Pogba üçün ödənilən məbləğin oyunçusu üzərində təzyiqə səbəb olduğunu vurğulayan təcrübəli məşqçi, “Pogba, onun üçün ödənilən pulu haqq edəcək keyfiyyətdədir. Rekord transferlər həyata keçirildikcə üzərindəki təzyiqin də aradan qalxacağına əminəm. O, hələ gəncdir və performansından məmnunam. Top qazanıb oyun qura bilir və qol vurmaq bacarığı da yaxşı səviyyədədir . Daha da inkişaf edəcək. Bir neçə il içərisində Pogba’nı ucuz qiymətə aldığımızı görəcəksiniz. ” deyə bidlirib.

Qeyd edək ki, bu mövsüm Manchester United’da 34 matça çıxan Pogba, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.