Kino

J.K.Rowling, Harry Potter kainatı haqda 5 filmin çəkiləcəyini açıqlayıb

193views

Əvvəlcə “Fantastik heyvanlar və onların məskəni/ fantastic beasts and where to find them” kitabı əsasında 3 filmin çəkiləcəyi söylənirdisə, kitabın müəllifi 5 filmin çəkiləcəyini açıqladı. Filmlər Harry Potter filmlərinin davamı deyil, izləyicini Harry Potter’in yaşadığı dünya haqda məlumatlandırır. Filmlərin ssenariləri ilə J.K.Rowling şəxsən özü məşğul olacaq.

Xatırladaq ki, ilk filmin premyerası noyabr ayının 17-də olacaq.

Əsas qəhrəman – sehrbaz zooloq Newt Scamander rolunu Eddie Redmayne ifa edir.

Hadisələr 1926-cı ildə baş verir. Bu dövrdə Scamander’in sərgüzəştlərini qeyd etdiyi kitab 70 il sonra Hogwarts tələbələri tərəfindən oxunacaq.