Maraqlı

İtirməyə necə alışırıq

287views

Təlim edilmiş uğursuzluq

Bir ac köpəkbalığı akvariuma buraxılır. Akvariumun içində üzməyə başlayır. Həmin akvariuma bir dənə də kiçik balıq buraxılır. Ac köpəkbalığı  dərhal kiçik balığı yemək üçün hərəkətə keçir.

Daxili və xarici şərtlər çox yaxşı görünür. Köpəkbalığı acdır (daxili motivasiya), kiçik balığın necə yeyiləcəyini bilir (texniki bilgi) və kiçik balığı yeməyin onun əlində olduğuna (özünəinam və nəzarət duyğusu) inanır.

Köpəkbalığı ilk hücumunda başını nə olduğunu başa düşmədiyi bir şeyə çırpır! Çaşbaş qalır. Elm adamları kiçik balıq ilə köpəkbalığının arasına bir şüşə arakəsmə yerləşdirərək onları ayırıblar! Köpəkbalığı şüşəni görə bilməyib, ancaq başını vurduğu zaman bunu hiss edib.

1

Köpəkbalığı bir müddət keçəndən sonra yenidən hücum etməyə cəhd edir, yenə də başını şüşəyə vurur. Dəfələrlə cəhd edir,  ancaq həmişə eyni şeylə üzləşir. Tanıya bilmədiyi bir şey hədəfinə çatmaqda ona mane olur.

Bir müddət keçəndən sonra köpəkbalığı kiçik balığı yemək üçün çalışmaqdan əl çəkir. Məşhur “Böyük balıq kiçik balığı yeyər” qanunu bu akvariumda keçərli olmadı. Köpəkbalığı depressiyaya düşmüş kimi olur. Çalışmaqdan əl çəkib özünü “həyatın axarı”na buraxır.

Və təcrübənin ikinci mərhələsinə keçilir

Onun bu halını görən tədqiqatçılar təcrübənin ikinci mərhələsinə başlayırlar. Bu mərhələdə  aradakı şüşə ortadan götürülür. Artıq köpəkbalığı istəsə kiçik balığı yeyə bilər. Qarşısında heç bir maneə yoxdur. Çox acdır!

3

Tədqiqat heyəti nələr baş verdiyini görmək üçün maraqla gözləməyə başlayırlar. Çaşbaş qalmaq növbəsi elm adamlarına çatır. Çünki köpəkbalığı kiçik balığı yemək üçün heç bir cəhd göstərmir. Böyük balıq çox ac olmasına baxmayaraq heç bir həmlə etmir.

Elmiədəbiyyatda köpəkbalığının keçirdiyi ruh halına təlim edilmiş çarəsizlik deyilir. Təlim edilmiş çarəsizlik dəfələrlə sınaqdan çıxardığı halda, istədiyi nəticəni əldə etməyən bir canlının sonrakı cəhdində də uğursuzluğa düçar olacağını gözlədiyinə görə cəhd etmək cəsarətini itirib heç bir şey etməməsidir.