Təbiət

İtirilmiş “vəhşi təbiət” rəqəmlərlə ölçüldü: Sahə Alyaskanın iki qatı böyüklüyündədir

1.06Kviews

İtirilmiş “vəhşi təbiət” rəqəmlərlə ölçüldü: İtirilmiş sahə Alyaskanın iki qatı böyüklüyündədir!

Avstraliyadakı Queensland Universitetindən Edward O. Wilson və qrupu vəhşi təbiət üzərinə bir araşdırma edbləri. Current Biology jurnalında nəşr olunan araşdırmanın nəticəsinə görə, insanlıq vəhşi təbiətin onda birini yox edib. Üstəlik yalnız son 20 il içərisində!

Keçmişdə edilən bənzər araşdırmalar təbiət məhvini meşələrin yox olması vasitəsiylə ölçərkən, bu dəfə ki, araşdırma əkinçilik sahələri, şəhər işıqları, qatar yolları, quru yolları, dəniz yolları, əhali sıxlığı və s. sahələrin göstərildiyi xəritələrdən istifadə edərək aparılıb.

2009-ci il məlumatlarına görə dünyanın 23%-i yəni Şimali Amerika, Şimali Asiya, Şimali AfrikaAvstraliyanı əhatə edən 30,1 milyon km²‘lik ərazi “vəhşi təbiət” kateqoriyasında idi. 1993-ci ilin məlumatları ilə müqayisədə isə vəhşi təbiət sahələrinin 3,3 milyon km²-ə qədər azaldığı gözə dəyir. Bu da Alyaska əyalətinin ərazisi iki qatına bərabərdir!

Belə davam etsə vəhşi həyat yox olacaq.

İtirilmiş təbiətin rəqəmlərlə ölçüldüyü ilk araşdırma olan bu işdə Cənubi Amerikanın vəhşi təbiət sahələrinin 30 faizi, Afrikanın isə 14%-ni itirdiyi müəyyən olundu. Watson və qrupuna görə buna səbəb ən əsas faktor, dövlətlərin və təbiət təşkilatlarının qoruma səyləri, hazırda varlığı təhlükəyə girmiş ekosistemlər ilə məhdud tutmasındadır.