Gündəm

Italiyada zəlzələ : Həyatını itirənlərin sayı 120 nəfərə çatıb

265views

 

Perugia şəhəri yaxınlığında, səhər Bakı saatı ilə 5:36-da baş vermiş zəlzələdə ölənlərin sayı artmaqdadır. Dağıntılar altında qalan insanları xilas etmək üçün axtarışlar davam edir.

“Təəssüflər olsun ki, ölənlərin sayı artır. 120 insanımız həyatını itirib və 362 insan yaralıdır, çox üzücü hadisədir, İtaliya bir ailə tək bir birinə bağlanıb. “deyə baş nazir Matteo Renzi bildirib. Axşamüstü hadisə yerində gələn baş nazir, dağıntıların daha çox olduğu 3 əsas bölgədə olub. Baş nazirlik həyatını itirənlərin xatirəsinə, dövlət idarəçiliyində olan bayraqları endirib.

Zəlzələnin çox sərt vurduğu tarixi Amatrice qəsəbəsinin böyük hissəsi tamamilə dağılıb. Dağıntılar altından 12 saat sonra sağ çıxarılan 57 yaşlı bir Amatrice sakini az da olsa ətrafdakı insanların üzünü güldürə bilib.

_90900999_30b9484b-b42a-4e06-b5a2-77c17da5b665

_90900414_c11cc794-5e63-4aa5-b8d3-12f17dc38837

_90900406_a18e8138-e465-40ef-b013-589eaec1b095

_90901006_sergio_casagrande_5

_90897926_comp-amatrice