Siyasət

İtaliyada Referendumda məğlub olan Matteo Renzi istefasını açıqladı

302views

İtaliyada dünən baş tutan Referendumda Konstitusiyanın təxminən üçdə birinin dəyişdirilməsini nəzərdə tutan islahat paketinin xalq tərəfindən rədd edilməsinin ardından Baş Nazir Matteo Renzi istefa edəcəyini açıqladı.

Sandıqların yerli saatla 23.00’da bağlanmasının ardından sayılan sorğu cavabları və ilkin nəticələr, “xeyr” səslərinin öndə olduğunu göstərdi.

yaaz.az İtaliyada referendom 2016 dekabr

Baş nazir Renzi də nəticələrin ardından, təxminən 1.5 saat sonra Baş nazirlik Sarayı Palazzo Chigi’də təşkil edilən mətbuat konfransında məğlubiyyəti qəbul etdiyini açıqladı. Renzi, istefasını bu gün günortadan sonra prezident Sergio Mattarella’ya təqdim edəcəyini söylədi.

Çıxışı əsnasında bəzən kədərlənən Renzi, “Bəli dəqiq deyə bilərik ki ‘xeyr’ səsləri artıq qalibdir. Məğlubiyyətin bütün məsuliyyətini qəbul edirəm” dedi.

Demokratiyaya inandığını və bu səbəbdən məğlub olduğunu qəbul edərək öz üzərinə düşəni edəcəyini söyləyən Renzi, “Təbii ki, üzgünəm ancaq peşmanlıq hissi duymadan gedirəm” deyə bildirdi.

yaaz.az İtaliyada referendom 2016 dekabr

Referenduma təqdim edilən islahat paketində Senatdakı oturacaq sayını azaltmağı planlaşdırdıqlarını xatırladan Renzi, “Lakin nəticədə azalan mənim oturacağım oldu” deyə söylədi.

Həyat yoldaşına, uşaqlarına, jurnalistlərə və iş yoldaşlarına təşəkkür edən Renzi, çıxışını “Yaşasın İtaliya! Hamınıza bol şanslar!” sözləri ilə tamamladı.

Qeyd edək ki, Referendum, 1948-ci il tarixli konstitusiyanın 139 maddəsindən 47-nin dəyişdirilməsi üçün həyata keçirilirdi.

yaaz.az İtaliyada referendom 2016 dekabr