Cihazlarİqtisadiyyat

İtaliyada 18 yaşındakı bütün gənclərə 500 Avro ‘Mədəniyyət bonusu’ veriləcək

118views

İtaliyada 18 yaşına çatan gənclərə, mədəniyyət gəzintiləri və kitab satın almaları üçün 500 avro veriləcək.

Məqsəd gəncləri mədəni fəaliyyətlərə təşviq etməkdir.
Parlament Başçısının Köməkçisi Tommaso Nannicini, tətbiq üçün hökumətin 290 milyon avro xərclədiklərini və bunun yaxşı bir investisiya olduğunu: “Bu tətbiq gənclərə müəyyən bir yaşa gəldiklərində onlara qucaq açan bir cəmiyyətə aid olduqlarını xatırladacaq.” söyləyib.

colosseum-fe2e4433-c2b6-475d-a6b9-7ee53754a500
İtaliyada 15 Sentyabrda başlayacaq tətbiqə görə, gənclərə veriləcək 500 avro kitablara, konsert, kino və teatr biletlərinə, muzey və təbii park gəzintilərinə xərclənə bilinəcək.

Təxminən 575 min gənc bundan faydalanacaq.

OLYMPUS DIGITAL CAMERA

“Bundan başqa mədəni təcrübəsi ilə özlərini zənginləşdirmək və cəmiyyətimizin quruluşunun gücləndirilməsi baxımından nə qədər əhəmiyyətli olduğunu onlara xatırladacaq” deyən Nannicini, ‘mədəniyyət bonusu’ndan təxminən 575 min gəncin yararlanacağını ifadə edib.

18 yaşına girənlər, telefon tətbiqiylə ‘mədəniyyət bonusu’nu internetdə və mağazalarda istifadə edə biləcəklər.

4

İtaliya hökuməti gələcək il də müəllimlərə peşə inkişaflarını dəstəkləmək üzrə 500 avro verməyi də planlaşdırırlar.