Dünya

İstanbuldakı hücumlarda həyatını itirənlərin sayı 44 nəfərə çatıb

194views

Türkiyə Səhiyyə Naziri Rəcəb Akdağ, Şənbə günü İstanbulda həyata keçirilən hücumlarda, 36’sı polis 8’i isə sivil vətəndaş olmaqla 44 insanın həyatını itirdiyini açıqlayıb.

Xatırladaq ki hücum, Beşiktaşda, Vodafone Arena stadionu yaxınlığında həyata keçirilmişdi. TAK (Kürdüstan Azadlıq Şahinləri) təşkilatı, Bazar günü internet saytlarında yayımladıqları xəbərdə hücumun onlar tərəfindən olduğunu açıqlamışdı.

yaaz.az İstanbulda terror hadisesi 2016
İstanbul, Beşiktaş

Türkiyə Baş Nazir müavini Numan Kurtulmuş, hücumda yüzlərlə kilo partlayıcı maddədən istifadə olunduğunu bildirib. Numan Kurtulmuş, hücumların necə reallaşdığıyla əlaqədar bunları söyləyib:

“Birbaşa çevik polis qüvvələri hədəf alınıb. İlk olarq Beleştepe dediyimiz yerdə bomba partlayıb. Avtomobilin olduğu yerdə böyük bir çuxur əmələ gəlib. 45 saniyə sonra Maçka Parkında, üzərində bir gödəkçə və arxasında kürək çantası olan bir nəfərə polis dur dediyi vaxt təəssüf ki, 2-ci bomba partlayır və 4 polis və 1 sivil vətəndaş şəhid olur. Biz də onlara mərhəmətsizcə cavab verəcəyik”

yaaz.az İstanbulda terror hadisesi 2016
İnsanlar partlayışların olduğu yerlərə gül dəstələri düzür